​Azərbaycandan gedən fəhlələr qiyməti qaldırdı, Rizə çayçılarının işi çətinə düşdü - "GÜNÜ 180 TL-YƏ İŞLƏYİRLƏR"

Baxış sayı:
1987

Türkiyənin Rizə vilayətində bu il çayçıların eyni vaxtda məhsul toplaması işçi qiymətinin artmasına səbəb olub.
Muxalifət.az virtualaz.org-a xəbər verir ki, çay toplama mövsümündə çalışmaq üçün Rizəyə gedən azərbaycanlı və gürcü işçilərin gündəlik əməkhaqqı 60 TL artaraq 120 TL-dən 180 TL-ə yüksəlib.
Havaların istiləşməsi ilə bu il çay yığım mövsümü erkən başlayıb. İş adamlarının əksəriyyəti Ramazan ayına görə yığımı tez başa çatdırmaq istəyib. Özəl sektorda fəaliyyət göstərən fabriklər isə qiymətləri aşağı salıb, nəticədə, çay ucuzlaşıb. Bu isə istehsalçıların narazılığına səbəb olub.
Hər il çay yığım mövsümündə Rizəyə Azərbaycan və Gürcüstandan işçi gedir, onlar gündəlik məvaciblə işləyirlər. Ötənilki mövsümdə 100-120 TL-yə çay toplayanlara bu il 180 TL ödənilməsi, üstəlik, fabriklərin endirim etməsi istehsalçıları zərərə salıb. Rizədə çay istehsalı ilə məşğul olan Əziz Yazıcı bildirib ki, işçilərin gündəlik ödənişləri hər il 10 TL artır, bu il aə artırılıb. “Bu il daha çox artım olub. Çünki hər kəs eyni vaxtda çay yığımına başlayıb”, - Yazıçı söyləyib.
“Gölge Çay’ın sahibi Məhmət Karaca isə yerli mətbuata bildirib ki, hər kəs eyni vaxtda işçi axtarıb, işçilər isə ödənişləri artırıb. “120 TL olan gündəlik muzd 180 TL-yə qədər yüksəlib. Hər kəs eyni vaxtda “mənimlə işlə, mənim çayımı topla” deyir, nəticədə qiymət qalxdı”, - Karaca söyləyib.