Azərbaycandakı dəhşətli qəzanın VİDEOSU YAYILDI

Baxış sayı:
12058

6.07.2019-cu il tarixində Lənkəranın Gərmətük kəndində baş verən ağır yol qəzasının görüntüləri yayılıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili “QAZ-52” markalı maşın toqquşub. Qəza nəticəsində “QAZ-52” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Tahirov hadisə yerində ölüb.
Xəsarət alanlar 1964-cü il təvəllüdlü Ehtiram Nurullayev və 1978-ci il təvəllüdlü Rasim Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.