Azərbaycanda zəncirvari qəzada 5 nəfər xəsarət aldı

Baxış sayı:
5500

Bərdə rayonunda 3 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Muxalifet.az xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Belə ki, küçə ərazisində üç minik avtomobili toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır. /report.az