​Azərbaycanda yüksək vəzifəyə - Təyinat

Baxış sayı:
25852

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə heyətinin sədri vəzifəsinə təyinat olub. 
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən posta Rövşən Nəcəf təyin edilib. 
Xatırladaq ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub. 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.
Təyinatdan əvvəl isə o, ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayından Prezident Administrasiyasının İnnovativ İnkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.