Azərbaycanda yüksək vəzifəli şəxsə AĞIR İTKİ - FOTO

Baxış sayı:
5908

Azərbaycan Respublikası Birinci vitse-prezidentin köməkçisi Emin Zamin oğlu Hüseynova ağır itki üz verib. Publika.az xəbər verir ki, E.Hüseynovun anası Südabə xanım dünyasını dəyişib. Qeyd edək ki, E.Hüseynov ABŞ-da nüfuzlu universitetlərdə təhsil alıb, Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, Milli Bankda, Azərbaycan Diplomatiya Akademiyasında yüksək vəzifələrdə çalışıb. Pezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini, daha sonra isə Birinci vitse-prezidentin köməkçisi təyin edilib. Qeyd edək ki, E.Hüseynovun atası Zamin Hüseynov ölkənin tanınmış kimyaçılarından olub və Sumqayıtdakı bir sıra iri zavodlara rəhbərlik edib.