Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü – FOTO

Baxış sayı:
602

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun koronavirusa yoluxmuş həkim-bronxoloqu Faiq Ağayev vəfat edib.

70 yaşlı həkim bu gecə müalicə aldığı ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında həyatla vidalaşıb.

Qeyd edək ki, Faiq Ağayev Milli Vərəm Proqramının rəhbəri, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsində çalışıb. O, 2009-cu ilədək bu vəzifəni icra edib. /Baku.ws/

https://baku.ws/uploads/posts/2020-07/1593761344_106797375_2683964588545117_2557344923420166643_n.jpg