​Azərbaycanda yük maşını ağaca çırpıldı – sürücü xilas edildi

Baxış sayı:
9796

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Çinartala kəndində “Ford” markalı yük avtomobilinin yol kənarındakı ağaca çırpılması barədə müraciət daxil olub.
Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.