​Azərbaycanda yol polisi hamilə qadını xilas etdi

Baxış sayı:
6757

Yol polisinin əməkdaşı ağır vəziyyətdə yolda qalan hamilə qadının və körpəsinin həyatını xilas edib.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, olay Cəlilabad rayonunda baş verib. Rayon ərazisində xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı, baş çavuş Sadiq Səfərov yol kənarında hərəkətsiz halda dayanmış VAZ 2106 markalı avtomobilin sürücüsünə yaxınlaşaraq, onun dayanma səbəbini soruşub. Məlum olub ki, avtomobildəki hamilə qadını xəstəxanaya aparmaq istəyən sürücü yolu tapa bilmir. Dərhal sürücüyə bələdçilik edən yol polisi əməkdaşı xəstəni yaxınlıqda yerləşən xəstəxanaya çatdırıb.
Gülnar Quliyevaya vaxtında ilkin tibbi yardım göstərildiyindən övladının tələf olmasının qarşısı alınıb.