​Azərbaycanda yeni yaşayış massivləri salınacaq

Baxış sayı:
1645

Tovuzda şəhərcik tipli yeni yaşayış binaları tikiləcək. Yaşıllıqlar salınıb, yeni məktəb binaları inşa olunacaq.
Muxalifet.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, bu yeniliklər Nazirlər Kabinetinin Tovuz rayonu üçün təsdiq etdiyi baş planda əksini tapıb. Rayonda yeddi ədəd beşmərtəbəli yaşayış binası və məktəb də tikiləcək. Şəhərin baş planında nəzərdə tutulan tikinti işləri regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçiriləcək.
Bir sıra sənaye müəssisələrinin də tikiləcəyi rayonda əsaslı yenidənqurma, abadlaşdırma və müasirləşdirmə işləri də görüləcək.