“Azərbaycanda yaxın həftələrdə tibbi maskalar istehsal edən müəssisə işə düşəcək”- İQTİSADİYYAT NAZİRİ
14-03-2020 22:04
Baxış sayı:
1624
“İstehlak bazarında tibbi vasitələrə – spirt və tibbi maskaların təchizatında heç bir çətinlik yoxdur”.
APA xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər istehlak bazarında tibbi vasitələrə – spirt və tibbi maskalara təlabatın artmasına münasibət bildirərkən deyib.
Nazir yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini bildirib.