Azərbaycanda vəzifəli şəxsin meyiti kabinetində tapıldı - ŞOK HADİSƏ

Baxış sayı:
3586

Salyanda idarə rəisi iş otağında dünyasını dəyişib.
“Report” xəbər verir ki, hadisə "Azərpoçt" MMC-nin Salyan filialında baş verib.
Belə ki, filialın rəisi, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlu otağında dünyasını dəyişib.
Qeyd edək ki, E. Mehdiyev bu vəzifəyə kimi bank sistemində rəhbər vəzifələrdə işləyib.