​Azərbaycanda uzun illər icra başçısı olanlar - SİYAHI

Baxış sayı:
13360

Son günlərdə Prezident İlham Əliyev tərəfindən bir sıra sahələrdə struktur və kadr islahatları aparılır. O cümlədən rayon icra hakimiyyətlərinə də gənc kadrlar təyin edilir.
Muxalifet.az
Baku.ws-ə istinadən xəbər verir ki, Yevlaxa 38 yaşlı Tağıyev Anar Aqil oğlunun, Xaçmaza isə 39 yaşlı Rzayev Elnur Şahbaz oğlunun təyin edilməsi buna nümunədir.
Prezident yeni icra başçılarını qəbul edərkən bildirmişdi ki, islahatlar davam edəcək. İlham Əliyev gəncləşmənin təkcə yaş məsələsində deyil, həm də təfəkkürdə olmasını da xüsusilə vurğulayıb.
Məlum məsələdir ki, bir sıra rayonlarda icra başçılarından mediada çoxsaylı şikayətlər yazılıb. Bu məsələyə Prezident də toxunmuşdu.
O qeyd etmişdi ki, rayonlarda baş verənlərlə bağlı bir çox hallarda ona icra başçıları tərəfində yalan məlumatlar çatdırılır:
“Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır”.
İlham Əliyev məhz bunları nəzərə alaraq icra hakimiyyətlərində islahatları sürətləndirib və prosesin davam edəcəyi gözlənilir.
Bəs görəsən uzun müddətdir icra hakimiyyətlərində yüksək vəzifə tutan və ya illərdir icra başçısı postunda olanlar kimlərdir?
Araşdırmanı təqdim edirik: 
 

Ad, soyad və yaş

Vəzifə

Ümumi müddət

Şahin Məmmədov (60 yaş)

2004-2005 - Samux Rayon İcra Hakimiyyətinin başçısı

26 dekabr 2005-ci ildə indiyə qədər - Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı

15 il

Taleh Qaraşov (60 yaş)

1996-2002 - Kürdəmir rayonunun icra başçısı

2002-2006 - Cəlilabad rayonunun icra başçısı

2006-2011 - Neftçala rayonunun icra başçısı 

2011-2012 - Astara rayonunun icra başçısı

2012-ci ildən bu günə qədər Lənkəran şəhərinin icra başçısı

23 il

Nizaməddin Quliyev (65 yaş)

2009-2019 - Goranboy Rayon İcra Hakimiyyətinin başçısı

5 aprel 2019-cu ildən indiyə kimi - Ağstafa rayonunun icra başçısı

10 il

Novruz Novruzov (65 yaş)

1995-2002 - Lerik Rayon İcra Hakimiyyətinin başçısı

2002-2007 - Goranboy Rayon İcra Hakimiyyətinin başçısı

2007-2019 - Şabran Rayon İcra Hakimiyyətinin başçısı

5 aprel 2019-cu ildən indiyə kimi - Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı

24 il

Qəşəm Aslanov  (49 yaş)

2006-2012 - Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı

10 aprel 2012-ci ildən indiyə kimi Xızı Rayon İcra Hakimiyyətinin başçısı

- Azərbaycanlı dövlət xadimi. Qəşəm Aslanovun oğludur.

- Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik. Rövşən Aslanovun qardaşıdır.

13 il

Ramiz Həsənov (58 yaş)

2001-2011 - Sumqayıt Şəhər İcra Haкimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini

26 aprel 2011-ci ildən indiyə kimi Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı

Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun qardaşıdır.

18 il

Eyvaz Hüseynov (60 yaş)

2 iyul 1992-ci ildən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır.

- Milli qəhrəman İbad Hüseynovun qardaşıdır

27 il

Vilyam Hacıyev (62 yaş)

1999-2002 - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri

2002-2004 - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini

2004-2006 - Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı

2006-2012 - Samux Rayon İcra Hakimiyyətinin başçısı

14 aprel 2012-ci ildən indiyə kimi İmişli Rayon İcra Hakimiyyətinin başçısı

20 il

Rövşən Sadıxov (59 yaş)

2000-2001 - Nizami rayon İcra hakimiyyəti başçısının 1-ci müavini

2005-2006 - İsmayıllı rayon İcra hakimiyyətinin başçısı

2006-2011 - Gəncə şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini

2011-ci ildən indiyə kimi Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini

19 il

Aqil Məmmədov (59 yaş)

2008-2013 - Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini

4 mart 2013-cü ildən indiyə kimi Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı

11 il

Ceyhun Cəfərov (54 yaş)

2006-2011 - Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

2011-2014 - Tərtər Rayon İcra Hakimiyyətinin başçısı

16 aprel 2014-cü ildən indiyə kimi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı

13 il

Lütvəli Babayev (60 yaş)

1999-2005 - Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

2005-2007 - Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı

14 dekabr 2007-ci ildən indiyə kimi Zərdab Rayon İcra Hakimiyyətinin başçısı

20 il

Süleyman Mikayılov (57 yaş)

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti

13 may 2005-ci il - 21 dekabr 2005-ci il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı

2005-2010 - Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı

4 mart 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı    

16 il

Adil Məmmədov (67 yaş)

1994-2002 - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

2002-2004 - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

2004-2011 - Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı

26 aprel 2011-ci ildən Qobustan Rayon İcra hakimiyyətinin başçısı

25 il

Malik İsaqov (66 yaş)

8 sentyabr 2001-ci ildən indiyə kimi Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı

18 il

Şair Alxasov (61 yaş)

18 dekabr 2007-ci ildən indiyə kimi Qusar Rayon İcra Hakimiyyətinin başçısı

12 il

Aqil Nəzərli (43 yaş)

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

2008-2016 - Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri

3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən

16 iyun 2016-cı ildən isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı

20 il

Qəzənfər Ağayev (58 yaş)

24 mart 2006 - 30 sentyabr 2006 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı

2006-2012 - Masallı Rayon İcra Hakimiyyətinin başçısı

14 aprel 2012-ci ildən indiyə kimi Astara Rayon İcra Hakimiyyətinin başçısı

13 il

İsmayıl Vəliyev (60 yaş)

2005-2011 - Qobustan Rayon İcra Hakimiyyətinin başçısı

26 aprel 2011-ci ildən Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı

14 il

Abdin Fərzəliyev (52 yaş)

2003-2005 - Nizami Rayon İcra Hakimiyyətinin başçısı

2005-ci ildən indiyə kimi Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı

16 il

İlqar Abbasov (61 yaş)

2004-2005 - Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı

21 dekabr 2005-ci ildən indiyə kimi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı

15 il

Asif Əsgərov (53 yaş)

2006-2009 - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

2006-2009 - Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı

2 sentyabr 2015-ci ildən indiyə kimi Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı

13 il

Eldar Əzizov (62 yaş)

1999-2000 - Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini

2000-ci ilin martından iyuna qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

2000-2003 - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı

2003-2011 - Gəncə Şəhər İcra hakimiyyətinin başçısı

2011-2015 - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

2015-2018 - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı

2018-ci il 16 iyuldan 15 noyabra qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

15 noyabr 2018-ci ildən indiyə kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

20 il

Siraqəddin Cabbarov (60 yaş)

28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır.

2008-2019 - Saatlı Rayon İcra Hakimiyyətinin başçısı

17 may 2019-cu ildən indiyə kimi Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı

30 il

Nazim İsmayılov (67 yaş)

1991-1992 - Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,

1992-1994 - Göyçay Rayon Xalq Deputatları Sovetinin sədr müavini,

1994-2001 - Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,

2001-2006 - Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,

2006-2011 - Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı,

2011-2019 - Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı,

17 may 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı.

28 il

Alı Qocayev (72 yaş)

2000-2004 - Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru

2005-2012 - Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı

18 aprel 2012-ci ildən indiyə kimi Samux Rayon İcra Hakimiyyətinin başçısı

19 il

Şahin Məmmədov (60 yaş) 

2004-2005 - Samux Rayon İcra Hakimiyyətinin başçısı

26 dekabr 2005-ci ildən indiyə kimi Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı 

15 il

Zakir Fərəcov (65 yaş)

2005-2015 - Abşeron Rayon İcra Hakimiyyətinin başçısı

2 sentyabr 2015-ci ildən indiyə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

14 il

Elxan Usubov (59 yaş)

2007- 2011 - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

2011-ci il 23 maydan indiyə kimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı

Elxan Usubov baş prokurorun birinci müavini Rüstəm Usubovun əmisi oğludur.

12 il

Mərdan Camalov (63 yaş)

18 aprel 2005-ci ildən indiyə kimi Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı

14 il

Bayram Səfərov (69 yaş)

2009-cu il 27 fevraldan indiyə kimi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı

2009-cu il iyunun 5-dən indiyə kimi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri

10 il

Vidadi İsayev (60 yaş) 

2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini

2005-2011 - Tərtər Rayon İcra Hakimiyyətinin başçısı

3 mart 2011-ci ildən indiyə kimi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı

15 il

Müstəqim Məmmədov (50 yaş)

2006-2012 - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini - şöbə müdiri

2012-2014 - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri

7 may 2014-cü ildən indiyə kimi Tərtər Rayonu İcra Hakimiyətinin başçısı

13 il

Nəriman Əsgərov (55 yaş)

2006-2011 - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini

2011-2016 - Qazax Rayon İcra Hakimiyyətinin başçısı

19 may 2016-cı ildən indiyə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı

13 il

Əziz Əzizov (56 yaş)

2006-2018 - Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı

2 fevral 2018-ci ildən indiyə kimi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı

13 il