​Azərbaycanda universitet rektoru 5 il müddətinə təyin ediləcək - PREZİDENTDƏN FƏRMAN

Baxış sayı:
5956

Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. 
Muxalifet.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Bu müddəa Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.