Azərbaycanda “unikal” bir yoxsulluq yaranıb

Bu günlərdə parlamentin orqanı olan  "Azərbaycan" qəzetində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun milli sosial təminat sisyteminin islahatı, bu sahədə dövlət tərəfindən görülən tədbirlər barədə geniş məqaləsi dərc olunub.

Ənənəvi üslubda yazılmış məqalə fikirlərin yeniliyi  və  orijinallığı ilə heç də fərqlənmir.
Müəllif iddia edir ki, ölkədə əhalinin səmərəli sosial müdafiə sistemi fəaliyyət göstərir, aztəminatlı kateqoriyadan olan insanların 90%-dən çoxu sosial hamiliyə cəlb olunub. Belə ki, 466,4 min nəfər müxtəlif müavinətlər, 546 min yoxsul  ünvanlı sosial yardım, 1,3 mln. əmək pensiyaçısı pensiya alır. Bu məqsədlər üçün hər ay büdcədən 316,3 mln. manat ayrılır.
Rəqəmlər, əlbəttə ki, təsir bağışlayır, lakin onlar insanların maddi vəziyyətinin yaxşılaşması, ölkədə yoxsulluq səviyyəsi xüsusunda  rəsmi statistikanın dəqiq olduğuna şübhə doğurur. Hökumət hesabatlarında bildirilir ki, bu gün respublikada yoxsulluq səviyyəsi 5% təşkil edir. Amma sosial müavinətlər, əlilliyə görə pensiya alanların sayı və s. göstəricilər  rəsmi məlumatları alt-üst edir. Belə çıxır ki, əslində Azərbaycanda yoxsulların sayı   10 milyonluq əhalinin təxminən elə 5%-ni təşkil edən  500 min nəfər deyil, xeyli çoxdur.
Hesablamalar aparaq. 466 mindən çox əlil, tənha ana və  ahıl insanlar  sosial müavinət alır. Buraya hər ay ünvanlı sosial yardım alan 540 mindən çox aztəminatlı vətəndaşları да əlavə etmək lazımdır. Göründüyü kimi, dövlətin dəyərini itirmiş 10-20 manatına  ehtiyacı olan 1 mln. nəfərdən bir qədər çox  insan vardır. Lakin  bu yaxınlarda minimum əmək haqqının 105 manatdan 116 manata qaldırıldığı iqtisadiyyatda çalışan 145 min nəfəri də unutmaq olmaz.
Yoxsulluq mənzərəsini 15 min nəfərdən bir az çoxunun dövlət qulluqçusu pensiyasını aldığı 1 mln. 319 min pensiyaçı tamamlayır. Dövlət qulluqçusunun pensiyasının orta həcmi bu gün  500 manatdan çoxdur. Bu məbləğ  onlara nisbətən ehtiyac hiss etmədən yaşamaq imkanı verir. Qalan əmək pensiyaçılarının pensiyası 150 manatdan 300 manata qədər dəyişir. Ölkədə  оrta aylıq pensiya 203 manat təşkil edir.  Kommunal xidmətləri-ödəyə, qida məhsulları və bahalaşan dərmanlar ala-ala bu vəsait hesabına yaşa görüm, necə yaşayırsan.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin fikrincə, Azərbaycanda əhalinin "nadir" yoxsulluğu yaranıb: işləyən vətəndaşlar yoxsulluq həddində yaşayır. İnkişaf etmiş ölkələrdə dilənçi sayılan işsiz insanlardır, bizdə isə milyonlarla pensiyaçı və işləyən insan  bu vəziyyətdədir.
 “Əgər bir aylıq işi üçün insan cəmi 116 manat alırsa,  hansı sosial rifahdan danışmaq olar! Qoy lap hətta 120-130 manat olsun. Özü də ki, bu, gecə qarovulşçusu və ya xəstəxanadakı süpürgəçi qadın, poliklinikadakı tibb bacısı ideyil, bu, məktəb müəlliməsidir. Halbuki minimum istehlak səbəti 155 manat təşkil edir. Bu göstəriciləri müqayisə edin... Ölkədə yaranmış yoxsulluq işləyən əhalinin yoxsulluğudur. Bu, sosial sahədə çox nadir bir haldır  — işləyən dilənçilər",  — deyə S.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, ən təqribi hesablamalara görə, bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 20%, bəlkə daha çox təşkil edir. Əhalinin bir hissəsinin yoxsullaşması əlverişsiz iqtisadi vəziyyət, inflyasiya, işsizlik, maaşların azalması ilə bağlıdır. Bizdə yoxsulluq həddi minimum istehlak səbətinin dəyəri üzrə ilə hesablanır və ona yenidən baxmaq lazmdı8r, çünki o, həqiqətə uyğun deyil. Hökumətə əmək haqqının minimum həcmini ciddi şəkildə artırmaq lazımdır ki, əmək haqqı üzrə orta göstərici artsın. Bunun üçün isə, ilk növbədə, iqtisadiyyatı sabitləşdirmək, biznesi dəstəkləmək, ona  inkişaf etməkdə kömək göstərmək lazımdır. Bu tədbirlər əmək bazarında vəziyyəti yaxşılaşdırar, yeni iş yerləri yaradar, işsizliyi azaldar və vətəndaşların gəlirlərini artırardı.