​Azərbaycanda üç brakonyer tutuldu

Baxış sayı:
3475

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Lənkəran və Masallı rayonları ərazisində icazəsiz ov edən şəxsləri saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, onlardan üç ov tüfəngi və ovlanmış cürə quşları götürülüb.
Araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Nadir Ağayev, Masallı rayon sakinləri Rahim Əzizov və Məmmədhüseyn Əsədovolduğu müəyyənləşib.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib, onlara inzibati qaydada, ümumilikdə, 3035 manat məbləğində cərimə tətbiq olunub.