“Azərbaycanda Türkiyənin hərbi bazası olmalıdır” - Üzeyir CƏFƏROV

Baxış sayı:
530

Ankara və Doha Qətərdə ikinci hərbi bazanın tikintisini bitirir. Türkiyə mətbuatının yaydığı məlumata görə, yeni açılan baza Türkiyənin artıq Əmirliklərdə 2015-ci ildən olan və Türkiyə quru qoşunları və HHQ bölmələrinin yerləşdiyi “Tarik bin Ziyad” bazası ilə yanaşı Dohadan güneydə yerləşəcək. Ekspertlərin dəyərləndirdiyinə görə, bu gün Qətərdə Türkiyə silahlı qüvvələrinin sayı üç min hərbçiyə yaxındır. Bu ilin payızına nəzərdə tutulan yeni bazanın açılışından sonra bu rəqəm beş minədək yüksələ bilər.

“Türkiyənin Dohada ikinci hərbi bazanı açması razılaşdırılmış bir qərardır”
 
Türkiyənin Dohada ikinci hərbi baza açması ilə bağlı ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov “Hürriyyət”ə deyib ki, son vaxtlar Türkiyənini yerləşdiyi regionda çox ciddi proseslər baş verir: “Surya, Yəmən və digər əhalisinin müəyyən hissəsi müsəlman olan ölkələrdə çox ciddi proseslər baş verir. Dünyada ədaləsizliklər baş alıb alıb gedir. Bunların fonundan Türkiyə müəyyən qabaqlayıcı tədbilər görməyə can atır və qərarlar qəbul edir. Dohada ikinci hərbi bazanın açılması müəyyən məqsədlərlə bağlıdır. Düzdür, birbaşa Azərbaycanla bağlı olmasa da, qardaş Türkiyənin təhlükəsizliyi, gələcəyi ilə bağlı olan məsələlərə görə Türkiyə siyasi-hərbi rəhbərliyi belə bir qərar verib. Bu bazanın olması həm Türkiyənin özünün təhlükəsizliyini təmin etmək, həm də regionda Türkiyənin söz sahibi olmasını təsdiqləmək üçündür. Heç kim onu gizlətmir ki, bu gün dünyada Amerika, Rusiya, Fransa və digər ölkələr müəyyən mövqelər uğrunda çox böyük mübarizələrə girişiblər. Hətta bəzən o mübarizələr BMT nizamnaməsindən kənara da çıxır. Yəni BMT Təhlükəsizlik Şurasının qərarının çərçivələrini aşan bəzi məsələlərin şahidi oluruq. O nöqteyi-nəzərdən Türkiyənin Dohada ikinci hərbi bazanı açması uzun müzakirələrdən sonra tərəflər arasında razılaşdırılmış bir qərardır və mən bunu doğru hesab edirəm”.
 
“Türkiyə regiona gəlməlidir və gələcək”
 
Ü. Cəfərov qeyd etdi ki, o, şəxsən Türkiyənin Azərbaycanda hərbi baza açmasını çox arzulayan insanlardan biridir: “Çünki Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir. Yəni bu dövlətlə dünyanın bir nömrəli dövləti olan Amerika hesablaşır. Baxmayaraq ki, təzyiqlər, təhdidlər, bəzən də şantajlar dövriyyəyə buraxılır. Mən S-400-lə bağlı məsələni deyirəm. Amma bütün bunlara baxmayaraq, Türkiyənin hərbi bazasının Naxçıvanda olması çox yaxşı olardı. Ümumiyyətlə, Naxçıvanla bağlı mənim ciddi narahatçılığım yoxdur. Çünki “Qars” müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizlik məsələsi Türkiyə tərəfindən himayə olunub. Bu, beynəlxalq sənədlər də öz əksini tapıb. Amma Abşeronda da Türkiyənin hərbi bazasının olması yaxşıdır. Çünki bu, o anlama gələcək ki, Azərbaycanla bağlı hansısa bir ölkənin, istər şimal, istərsə cənub, istərsə də bədman qonuşlarımız olsun, hərəkət etməsini bir qədər çəkindirəcək. Yəni hərbi bazanın olması çəkindirici faktor kimi lazımdır. Bu yaxınlarda politoloq Elxan Şahinoğlu bunu gündəmə gətirəndə mən şəxsən onu dəstəklədim, amma sosial şəbəkələrdə bəziləri, burnundan uzağı görməyənlər başladılar ki, İvandan, Petrovdan qurtardıq, indi də “arkadaşlar” gələcək. Bu adamlar evlərində oturublar, çox məsələləri dərindən bilmirlər. Görün, dünyada nə boyda proseslər gedir. 1987-ci ildə Reyqanla Qorbaçov arasında imzalanmış yaxın mənzilli raketlərlə bağlı müqaviləyə yenidən baxıldı. Amerika-İran arsında söz savaşı gedir. Özü də çox amansız. Əvvəlki illərdən çox fərqli bir mənzərənin şahidyik. İsraillə İran da elə. İsraillə qardaş Türkiyənin də münasibəti yaxşı deyil. Türkiyə ilə Yunanınstan və digər məsələlər. Hiss olunur ki, dünyanın aparıcı ölkələri sülhyaratma missiyasına deyil, militarist əhval-ruhiyyəyə kökləniblər. Bilmirəm, Şimali Koreya ilə Cənubi Koreyanın bir-birinə qarşı silahlanma yarışması onları həvəsləndirdi. İstənilən halda, mən hesab edirəm ki, Türkiyə regiona gəlməlidir və gələcək. Biz əgər həqiqətən də Türkiyəni “bir millət, iki dövlət” kimi qəbul ediriksə, o dövlətin Azərbaycan ərazisində hərbi bazası olması Azərbaycana əlavə əminlik və güvənlik verəcək. O ki, qaldı bizim Hərbi Doktrinamız və Milli Təhlükəsizlik Konsepsiyamızla bağlı Milli Məclis uzağı sentyabrda yığışa və yaxud növbədənkənar sessiyada bu məsələni vəziyyətə uyğun olaraq qəbul edə bilər. Mən şəxsən bunun olmasını çox arzulayıram. Çünki son vaxtlar Ermənistana havadarlıq edənlərin ab-havasına görə ermənilər hansı hoqqalardan çıxırlar. Yəni Azərbaycana təhdidlər, aşağılamaq cəhdləri və digər hallar baş verir. Prinsip etibarilə biz başa düşürük ki, bu, erməni ağlının məhsulu deyil. Amma istənilən halda hər birimiz üçün bu özü xoşagəlməyən bir mənzərədir ki, erməni Şuşada, Xankəndində və digər işğal olunmuş ərazilərimizdə başından böyük hərəkətlərə yol verir”.
 
“Azərbaycanın gələcəyi, daha güvənli olması üçün bu məsələ gündəmə gəlməlidir”
 
Ü. Cəfərov vurğuladı ki, Türkiyə hərbi bazasının burada olmasını bizim rəsmilər istəmir: “Yəni gərək istək olsun ki, Türkiyə buna ya mənfi, ya da müsbət cavab versin. Məntiq bunu deyir. Əgər Azərbaycan rəsmiləri bu sözü Rusiyaya və yaxud da İrana görə dilə gətirmirlərsə, hələ bu, o demək deyil ki, Azərbaycan cəmiyyəti bunu istəmir. Mən tam səmimi demək istəyirəm, bizim bir az gecikmiş reaksiyamız, qərarlarımız kənardan o qədər də yaxşı görünmür. Hər halda, biz zamana və şəraitə uyğun olaraq operativ qərarlar qəbul etməliyik. Çünki vəziyyət o qədər də ürəkaçan deyil. Ən azından Azərbaycanın gələcəyi, daha etibarlı, güvənli olması üçün bu məsələ gündəmə gəlməlidir və gəlsə, mənə elə gəlir ki, Türkiyə tərəfdən müsbət cavab olacaq. Bu, Türkiyə tərəfindən səsləndirilsə, onu tamam başqa məcraya yönəldə bilərlər. Onsuz da Türkiyənin daşı ağırdır. Ona görə də bu istək Azərbaycan rəsmiləri tərəfindən olmalıdır. Əvvala, Azərbaycan rəsmiləri istək nümayiş etdirməlidirlər, ondan sonra biz Türkiyənin müsbət cavabını çox gözləməli olmayacağıq. Mənim Azərbaycandan kənarda yaxın əlaqələrim var. Bir sıra məsələlərdə onlar deyirlər ki, Azərbaycan bir az gözləmə mövqeyi tutur. Bu gözləmə mövqeyi bilmirəm nədəndir. Amma yenə də deyirəm, biz bəzi məsələlərdə operativlik nümayiş etdirməliyik. Çünki operativlik olmayanda Paşinyan kimi bir küçə gədəsi Azərbaycanın ünvanına müəyyən hərəkətlər edir, həydanlar səsləndirir. O nöqteyi-nəzərdən biz bütün bunların qarşısını almaq üçün təcili addımlar atmalıyıq. Hesab edirəm ki, O addımlardan biri də başqa ölkənin deyil, Azərbaycanda qardaş Türkiyənin hərbi bazasının olmasıdır. Bu, ümumi işin xeyrinə olar”.
 
“Özlərini Moskvasız təsəvvür edə bilməyən o “dayazbaşlar” “5-ci kolon”durlar”

 
“Hökumətdə olan Rusiyapərəstlər yaramazlığına, ikiüzlülüyünə, satqınlığına, sabahı görməməyinə, 5 manatdan ötrü qarınlarını otarmalarına görə Türkiyə qoşunlarının Azərbaycana gəlməsini istəmirlər. Onlar düşünürlər ki, “biz Moskvadan əlimizi çəkməməliyik. Moskvadan əlimiz üzülsə, biz batacağıq”. Zaman gələcək niyə Azərbaycan bu qədər Moskvadan ehtiyat edir, bilinəcək. Bir incə məsələ var. O məsələni indi dilə gətirmək, yəni onu anlatmaq çox çətindir. Amma zaman gələcək o məsələ açılacaq ki, nəyə görə Azərbaycan Rusiyadan bu qədər ehtiyat edir. Əslində, bu gün Rusiya özü bərbad bir durumdadır, nə yanğınlarla, nə də ölkədə baş verənlərlə normal mübarizə apara bilir. Nə olsun nüvə dövlətidir, böyük bir dövlətdir. Rusiya təkcə Moskva, Yekaterinburqdan ibarət deyil. Baxın, Rusiyanın əyalət şəhərlərində vəziyyət necə acınacaqlıdır və son vaxtlar Moskvada razılaşdırılmış və razılaşdırılmamış mitinqləri təhlil etsəniz görərsiniz ki, əvvəlki illərdə görmədiyiniz narazılıqlar artıq Rusiyada cücərti halında özünü göstərir. Əgər əvvəl mitinqlərdə 3-5 min adam idisə, sonra 10-20 min oldu, indi 40-50 min adam iştirak edir və bu, artan xətt üzrə gedir. İnsanlar hələ yayda bu nəticələri ortaya qoyurlar. Bunun payızı var. Qışda daha böyük problemlər olacaq. Rusiya öz başını “straus” kimi suya salıb, baş sudadır, elə bir ki, heç kəs onu görmür. Əslində, bütün bədən bayırdadır və hamı da görür. Rusun bu yekəxanalığı ona asan başa gəlməyəcək. Rusiya Krımı əldə edəndən sonra Ukrayna kimi böyük bir dövləti itirdi. Rusiya Krımı əldə edəndən sonra böyük sanksiyalarla üzləşib. Amma bu gün hələ Putinin bir balaca eyforiya başından getməyib. Açığını deyim, indi bəziləri Putinin adını çəkməyə ehtiyat edirlər. Amma Gürcüstan və Ukrayna telekanalında gördük, onu ən aşağı sözlərlə efirdən aşağıladılar. İnsanlar ən sonda bəzi məsələləri icmailəşdirirlər. Əgər onu efirə çıxardırlarsa, deməli, Rusiyaya qarşı narazılıq o qədər güclüdür ki, o narazılıq get-gedə artacaq. Rusiyadan çəkinmək, qorxmaq lazım deyil. Rusun özü çox qorxaq, spirtli içkiyə meylli millətdir, problemlər içərisində üzən bir vəziyyətdədir. Mən bunu rus dostlarıma, tanışlarıma da demişəm. Baxın, Gürcüstan kimi balaca bir ölkə prezident səviyyəsində deyir ki, Rusiya düşmən, işğalçı dövlətdir. Pribaltikanın 3 respublikası, hansı ki, bu gün NATO üzvüdürlər, onlar açıq şəkildə Rusiyaya öz nifrətini və hiddətini bildirirlər. Bayaq dediyim bir məsələ var. İndi mən onu istəsəniz də belə dilə gətirə bilmərəm, amma zamanı gələcək özünüz da biləcəksiniz bu gün hakimiyyətdə olanlar, özlərini Moskvasız təsəvvür edə bilməyən o “dayazbaşlar” “5-ci kolon”durlar. Onlar hamısı yəqin ki, gələcəkdə Rusiyanın çöllərində koma planlaşdıran adamlardır. Halbuki, 21-ci əsrdə Azərbaycan da, dünya da başqa dünyadır. Əvvəlki kimi qorxudan da əlamət olmamalıdır. Çünki əvvəllər Moskvadan nəsə qapalı qalırdısa, indi onlayn rejimdə hər şey göz önündədir. 21-ci əsrdə dünya texnologiyalarla idarə olunur. Guya, “5-ci kolon” bu gün Azərbaycanda at aynadır. Əslində, onlara havadarlıq edənlər özləri də qorxurlar. Mən indiyə kimi sosilal şəbəkələrdə Rusiyafob, rus millətini insan yerinə qoyman adam kimi qələmə verirlər. Mən heç vaxt deməmişəm rus xalqı pis xalqıdır. Sadəcə, apardıqları siyasət yanlış siyasətdir. Xalqı rəhbərlikdə olan şəxslərdən ayırmaq lazımdır. Bu gün Rusiyada mitinqlərdə iştirak edənlər 100 minə çatır. Bu, təkcə Moskva ilə yekunlaşımır. Sankt-Peterburqa, Yeketarinburqa, Uzaq Şərqə baxın. Artıq insanlar başa düşürlər ki, bir qrup mafioz şəxs Rusiyanı şəxsi maraqlarına görə həm regionda, həm də dünyada çox pis vəziyyətə qoyurlar”, - deyə hərbi ekspert nəzərə çatdırdı.
 
Şamo EMİN