“Azərbaycanda turizm dövriyyəsinin ÜDM-də payı 1%, Gürcüstanda 7%-ə çatır” - İQTİSADÇI

Baxış sayı:
1917

“Turizmin inkişafının dövriyyəyə müsbət təsirlərini qiymətləndirmək üçün  məlumat yetərli deyil. Turizm dövriyyəsi genişlənsə, ÜDM-də payı arta bilər. Bu gün turizm dövriyyəsinin  ÜDM-də payı 1% ətrafındadı. Müqayisə üçün deyim ki, Gürcüstanda 7%-ə çatır”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
 
“Son 4-5 ildə Turizm istiqamətdə hansı dinamika olub?”
 
Ağayev hesab edir ki, turizm dövriyyəsi genişlənsə, bu sahədə çalışan işçilərin sayı və onlara görə ödənən fiziki şəxslərin gəlir vergisi, müəssisələrin ƏDV və ya sadələşdirlimiş vergi həcmi, mənfəət vergisinə görə ödəmələrin həcmi arta bilər, sosial sığorta haqları genişlənə bilər: “Son 4-5 ildə bu istiqamətdə hansı dinamika olub? Gərək, bunun cavabını hökumət rəsmi məlumatlar əsasında versin. Heç bir açıq mənbədə bu cür informasiyalar yoxdu, ona görə müstəqil təhlilçilər nə desə, səhih olmayacaq”.
 
Cavid, Muxalifet.az