Azərbaycanda toylar da təxirə salınır – KORONAVİRUSA GÖRƏ
3-03-2020 11:17
Baxış sayı:
3216
Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınması ölkədə profilaktik tədbirlərin görülməsinə səbəb olub.
Bağça, məktəb və universitetlərin 6 gün müddətinə bağlanılması vəziyyətin ciddiliyindən xəbər verir.
Qeyd edək ki, koronaviris təhlükəsi ortaya çıxandan sonra kütləvi tədbirlərin də sayı azalıb.
Yenisabah.az saytına daxil olan məlumata görə, ölkədə koronavirusa yoluxma halının qeydə alınması kütləvi tədbirlərlə yanaşı, toyların da sayının azalmasına səbəb olub. Paytaxt sakini Azər Əhmədovun verdiyi məlumata görə, yaxın qohumlarından birinin mart ayının 7-nə planlaşdırılan toyu qeyri-müəyyən müddətə təxirə salınıb.