​Azərbaycanda televiziya və radiolar 9 saat işləməyəcək

Baxış sayı:
6115

Bu gün Azərbaycanda televiziya və radiolar 9 saat işləməyəcək.
Muxalifet.az-ın məlumatına görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı səhər saat 06:00-dan başlayıb və günorta saat 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.
Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da keçiriləcək.