​Azərbaycanda sürücü yarım tonluq qızılla saxlanıldı

Baxış sayı:
13495

İranın Şərqi Azərbaycan ostanının Vərzəgan bölgəsində hüquq-mühafizə orqanları tərəfindən avtomobilə baxış keçirilən zaman oradan qanunsuz şəkildə daşınan 500 kq ağırlığında qızıl aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın Vərzəgan polis şöbəsinin rəisi Qasım Nəzəri yerli mediaya açıqlamasında deyib.
O bidirib ki, qaya böyüklüyündə işlənməmiş qızılı daşıyan sürücü saxlanılıb.
Qeyd edək ki, Təbriz civarında yerləşən Vərzəgan bölgəsi mədənçilik sənayesi baxımından ölkə üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
Bu ərazi Andrian qızıl mədəni ilə məşhurdur.