Azərbaycanda süni tənəffüs aparatında olanların sayı açıqlandı - Foto

Baxış sayı:
2104

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 6100 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 403 499 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 11 329 nəfər koronavirusa yoluxub. 132 nəfər ölüb, 6192-i isə sağalıb. Hazırda 4998 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

Həmin şəxslərdən 157 nəfərin vəziyyəti ağırdır, 30 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.