Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

Baxış sayı:
2574

Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

Muxalifet.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumatda bildirilib.

Söhbət aşağıdakı qatarlardan gedir:

- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı

- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

- Bakı-Yalama-Bakı elektrik qatarı

- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.