Azərbaycanda sosial inqilab gözləntisi

İnqilab – o nə vaxt və nə üçün baş verir?!

Qurani-Kərimin “Ənam”surəsinin 123-cü ayəsində bəyan edilir: “Beləcə, Biz hər bir topluda günahkar camaatın başçılarını hiylə-kələk işlədən etdik. Lakin onlar yalnız özlərinə hiylə-kələk işlədirlər və dərk etmirlər”, “İsra” surəsinin 16-cı ayəsində bəyan edilir: “Biz hər hansı bir cəmiyyəti həlak etmək istəyəndə onların böyüklərinə və əyyaşlarına əmr edirik. Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər. Beləliklə, Bizim qəti və əzəli hokmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik”.
Hər hansı ölkədə aşağı keyfiyyətli idarəetmədə kütləvi narazılıq başlanğıcda hamıda narazılıq yaradır, narazılığın xüsusi formaya keçməsi ilə narazılığın təşkil olunması meydana çıxır ki, buradan müxalifət meydana çıxır. Müxalifətin antidemokratik cəmiyyətlərdə hakimiyyət dəyişikliyini həyata keçirə bilməməsindən və iqtidarın  öz hakimiyyətini qorumaq ücün repressiyyalar həyata kecirməsi, hakimiyyətin tədrici dəyişilmələrinin qarşısını alması (sanksiyalaşdırılmamiş dövlət zorakılığının tətbiqindən) narazılarda nailiyyətsizlik sindromu meydana çıxır.
Nailiyyətsizlik sindromu dəyişilmələrin baş verməməsinin səbəbini özündə axtarmağa səbəb olur. Nəticədə, narazılar iki yerə - ittiham edənlərə və ittiham olunanlara ayrılır. İttiham olunanlar - leqal, ittiham edənlər - gizli müxalifət kimi formalaşır.
Gizli müxalifətin əsas təzahüri qorxaqlıqdır. Qorxaqlıq daxili hiss olub, insanda yarımcıqlıq kompleksi -yaşanmayan həyat (arzulanan həyatı yaşamamaqdan doğan daxili kimlik) əlaməti meydana çıxarır. Belə insanlar hakimiyyətdiklərin həyatına oxşar yaşamaq istəyirlər, lakin buna nail ola bilmirlər. Bu da komplekslər şəkilndə təzahür edir. Yarımçıqlıq kompleksi istəklərinə çatmayan və buna görə də bu ikisinin vəhdətindən təzahür edən “qorxan insan” deməkdir. Buradan insan öz istəklərini etməyi iradəvi olaraq boğduqda, həmin istəklərlə bağlı hərəkətliliyin - mübarizənin ideyaları  şüuraltında süzülür və orda toplanmağa başlayır. Belə insan sürəkli olaraq istəkləri artan, amma həmin istəklər üçün heç bir fəaliyyət göstərməyən fərdə cevrilir. Buradan yarımçıqlıq kompleksinin kompensasiyası - bilavasitə narazı qaldığı hakimiyyətdən bəhrələnməklə öz istəklərini yerinə yetirmək ideyası yaranır. Bu ideya narazılığını -kimliyini gizlədərək hakimiyyətin tərəfinə keçməyi tələb edir. Buradan şəxsiyyətin deqredasiyası - öz kimliyini gizlətmək sinmdromu yaranır. Özünü gizlədən ziyalı nadana - biliyi olub, amma biliyini düzgün məqsədlərə yönəltməyən savadlı adama, yaradıcı şəxsiyyət mədəniyyətsiz adama - yaradıcılığını öz istədiyi ideyalara yox, zorla ona qəbul etdirilən və öz əleyhinə olan ideyanı müdafiə edən adama, əxlaqlı insan öz dəyərlərindən imtina edib, onu narazı salanın dəyərlərini qəbul edən əxlaqsız insana çevrilir. Bu üçünün vəhdətinin əlaməti ictimai əyyaşlıq yaradır.
İctimai narazılıq - hakimiyyətdə məmurların uzurpasiya ideyalarının inkişaf etdirilməsinə paralel inqilabi ruhun yetişməsinə doğru narazılıq davranışlarını inkişaf etdirir. O ölkədə ki, dövlət çevrilişləri olur, həmin ölkədə buna uyğun narazı kütlədə inqilabi ruhun yetişdiyi təsdiq olunur. Və əksinə, o yerdə ki inqilabi vəziyyət yetişir, bunu ali rutbəli məmurların dövlət çevrilişlərinə cəhdi təsdiq edir.
Buradan aydın olur ki, leqal müxalifət heç vaxt inqilabi kütləyə daxil olmur. Buna görə də, inqilablarda leqal müxalifət də inqilabçıların hədəfinə çevrilir. Leninçi bolşeviklərin çara müxalifətdə olan kadetleri, eserləri və menşevikləri kütləvi repressiyaya məruz qoymaları, İran İslam inqilabında şaha qarşı leqal müxalifət olan tudəçilərin, demokratik yönümlü pariyaların və şaha açıq müxalifətdə olmuş insanların inqilabçılar tərəfindən məhv edilməsi, Şəriətmədari, Müntəziri kimi böyük ayətullaların ev dustağı edilməsi bununla bağlı olmuşdur.

İnqilablar konkret nə vaxt baş verir?

O vaxt ki, islahatlar və ya dövlət çevrilişləri cəhdləri hakimiyyətin dəyişməsi ilə nəticələnmir, onda yüksək rütbəli məmurlarda - uzurpasiya ideyası olanlarda  nailiyyətsizlik sindromu yaradır və nəticədə həmin məmurlar öz uzurpatorluqlarını xalqa qarşı yönəldir (xalqı xalqlıqdan, fərdləri insan olmaqdan məhrum etməyə - onları devirməyə cəhd edirlər) və bu da xalqın narazılığını mütləq həddə çatdırır, özünü qoruma insitinkti təhtəlşüura toplanmış hərəkətlilik ideyalarını üzə çıxarır. Nəticədə insanlar heç bir məqsəd güdməyən hərəkətliyə cəhd edir ki, bu da dağıdıcılıqdan ibarət olur.
Buradan iki mühüm məqama diqqət etmək lazimdir. O şəxslər ki, islahatlar yolu ilə baş verən dəyişilmələrdə öz hakimiyyət ambissiyasını təmin edə bilmir, belələri həm iqtidarda, həm də müxalifətdə anti-islahatçı  mövqeyinə keçir. Oktyabr inqilabından qabaq bolşeviklərin Stolıpini terror etməsi və çarın Rusiya zadəganlarının islahatçı nümayəndələrini - dekabristləri Sibirə sürgün etməsi Oktyabr inqilabına yaşıl işıq yandırdı. Eyni hadisələr islam inqilabından qabaq İranda da müşahidə olunmuşdur. Şah öz iqtidarinda və cəmiyyətdə olan islahatçılara qarşı dözülməzlik nümayiş etdirmiş, islahat yolu ilə dəyişiklik istəyən din xadimlərini terror etmişdir. Bu da İslam inqilabına yol açmışdır. İnqilablardan sonra da inqilabi liderlər islahatlara təhəmmül etməmişlər. Rusiyada sosialist inqilabında Trotski, Martov, Buxarin, Bulqanın fiziki cəhətdən məhv edildiyi kimi, İranda da rejim daxili islahatçı qanadı  Müntəziri , Şəriətmədari və başqalarının simasında siyasi həyatdan kənarlaşdırmışdır.

Azərbaycanda inqilab olacaqmı?

Apardığımız təhlildən görünür ki, Azərbaycanda narazı kütlənin çox az bir hissəsi leqal müxalifətdədir, narazı  kütlənin nəhəng bir hissəsi iqtidardan heç bir gözləntisni ifadə etmədən zahirən onun yanındadır. Bu, ictimai əyyaşlıgın əhalinin nəhəng çoxluğuna sirayət etdiyini sübut edir. Son 20 ildə bu hakimiyətə qarşı bir neçə dövlət çevrilişi cəhdləri heç bir nəticə verməmişdir. Ölkədə həqiqi islahlatlar da aparılmır. Bu, Azərbaycanda hakimiyyətə sığınmış öz narazılığını gizlədən və hakimiyyətin əmrlərini sözsüz yerinə yetirən yüz minlərlə inqilabçının olmasından xəbər verir.
Bəs inqilab nə vaxt olacaq? Artıq növbəti çevrilişin də qarşısı alınıb. Qubada, İsmayıllıda, Mingəçevirdə bir-birinin ardınca baş verən iğtişaşlar yatırılıb. İndi xalqın və şəxsiyyətin hakimiyyətinin yenidən daraldılması ilə hakimiyyəti saxlamağa cəhd edilir. Seçkilər tam şəkildə siyahı əsasında keçirildi, hakimiyyət xalqı yenidən köləliyə - rus əsarətinə salmaq istiqamətində cəhd edir. Ölkədə inqilabi kütləni daha da narazı salan proseslər -hakimiyyəti müdafiə edənlərin işdən çıxarılması, əmək haqlarının azaldılması, sosial imtiyazların ləğv edilməsi prosesi başlayıb. Bu müəyyən sayda insanı əhatə etdiyi andan kicik bir hadisə Azərbaycanda inqilabı başladacaqdır.
Nə etməli? İnqilab bu hakimiyyət üçün nə qədər təhlükəlidirsə, leqal müxalifət üçün bir o qədər təhlükəlidir. Buradan üç çıxış yolu vardır:
İnqılabın baş verməsinin qarşısını almaq üçün aşağı keyfiyyətli idarəetmədən imtina. Bunun üçün növbədənkənar parlament seçkiləri keçirmək və ölkədə real islahatlar başlatmaq: Bu iqtidardan asılıdır.
Bu gün inqilabların başlanma anının qeyri- müəyyənliyindən çaşanlar, cəmiyyətin ətalət üzrə hərəkət etdiyini əsas götürən bir çoxları Azərbaycanın düzgün yolda inkişaf etdiyini, aparılan siyasətin doğru oldugunu, Azərbaycanı heç bir sosial fəlakət gözləmədiyini, Azərbaycanda möhkəm sabitlik olduğunu, heç bir gücün Azərbaycana təsir etməyəcəyini iddia edir. Belələrinə Qurani-Kərim cavab verir. Qurani-Kərimin “Ta-Ha”surəsinin 135-ci ayəsində bəyan edilir: “De:”Hər birimiz gözləyirik. Buna görə də gözləyin. Tezliklə dogru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tutmasını biləcəksiniz”.

Abbas Mövsümov