AZƏRBAYCANDA ŞOK OLAY – Xəstəxanada “sağlam” diaqnozu qoyulan xəstə evə çatan kimi koronavirusdan öldü / YENİLƏNİB

Baxış sayı:
2452

Mart ayının 24-də 1969-cu il doğumlu Pirəliyev Cabir Vəzir oğlu ambulator müalicə üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirilib. Müalicə aldıqdan sonra evinə yola salınıb. Elə həmin gün, yəni mart ayının 24-ü evdə vəziyyəti ağırlaşan Cabir Pirəliyev dünyasını dəyişib.
Bu haqda Hürriyyət.org-a adının çəkilməsini istəməyən mərkəz əməkdaşı xəbər verib.
Məlumata görə, C.Pirəliyevin ölüm səbəbinin koronavirus olduğu rəsmən təsdiqləndiyindən, mart ayının 30-da qoruyucu geyimdə olan tibb işçiləri Mərkəzə gələrək Cabir Pirəliyevi müayinə edən həkim Nazilə Əliyeva və ambulator müayinə zamanı xəstəyə iynə vuran hamilə tibb bacısı Piranə Şəfiyevanı, eləcə də digər tibb bacısı Leyla Əliyevanı test edərək, karantinə alıblar və hər üçünü evlərinə yollayıblar.
Amma xəstə ilə təmasda olan digər tibb personalı, eləcə də mərhum xəstəxanada olduğu zaman orda müalicə olunan xəstələrin heç biri test olunmayıb.
Əldə etdiyimiz məlumata əsasən, hazırda mərhumun meyitinin götürülməsi ilə bağlı ciddi narazılıq var. Ailə üzvləri Cabir Pirəliyevin ölümündə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbərliyini ittiham edir. Onların fikrincə, mərhum xəstəxanaya daxil olan zaman düzgün test olunsaydı, hazırda sağ ola bilərdi.
Üstəlik, belə bir informasiya da var ki, xəstəxana rəhbərliyi bu ölüm faktını ört-basdır etməyə çalışırlar. Çünki həmin şəxsin xəstəxanada olan zaman, eləcə də ondan əvvəl kifayət qədər insanı koronavirusa yoluxdurduğu haqda şübhələr var.
Başqa bir informasiyaya əsasən, mərhum Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan vurdurmaq üçün gedibmiş. Bu zaman heç bir yoxlamadan keçirilmədən qan vuraraq, evə göndəriblər. Evdə isə vəziyyəti ağırlaşaraq ölüb.
Bundan sonra xüsusi geyimli tibbi işçiləri mərhumun evinə gələrək yerində analiz götürüblər və onun koronavirusdan öldüyü təsdiqlənib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzində çalışan tibb işçiləri narahatdır ki, həmin şəxsin təmasda olduğu insanların bir çoxundan analiz götürülməyib. Onlar deyir ki, mərhum xəstəxanada olduğu müddətdə təkcə 2 tibb işçisi və 1 həkimlə deyil, dəhlizdə gözləyən zaman çox sayda vətəndaşla və başqa tibb işçiləri ilə də yaxın təmasda olub. Bu baxımdan, həmin şəxsin təmasda olduğu onlarla insan ciddi yoxlamadan keçirilməli və karantinə götürülməlidir.  
Hurriyyet.org
P.S. Maraqlıdır ki, hazırda koronavirus epidemiyasına qarşı ciddi mübarizə aparıldığı bir ərəfədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə daxil olan xəstələr yoxlamadan nə üçün keçirilimir? Düzü, indiki zamanda hansısa rəsmi şəxsin belə məsuliyyətsizliyə yol verməsi heç cür anlaşılan deyil. Amma bəli olan odur ki, bütün hallarda bu məsuliyyətsizliyə yol verən şəxslər cəzasız qalmamalıdır.
P.P.S. Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.

 
***

Mart ayının 24-də 1969-cu il doğumlu Pirəliyev Cabir Vəzir oğlu ambulator müalicə üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirilib. Müalicə aldıqdan sonra evinə yola salınıb. Elə həmin gün, yəni mart ayının 24-ü evdə vəziyyəti ağırlaşan Cabir Pirəliyev dünyasını dəyişib.
Bu haqda Hürriyyət.org-a adının çəkilməsini istəməyən mərkəz əməkdaşı xəbər verib.
Məlumata görə,C.Pirəliyevin ölüm səbəbinin koronavirus olduğu rəsmən təsdiqləndiyindən, mart ayının 30-da qoruyucu geyimdə olan tibb işçiləri Mərkəzə gələrək Cabir Pirəliyevi müayinə edən həkim Nazilə Əliyeva və ambulator müayinə zamanı xəstəyə iynə vuran hamilə tibb bacısı Piranə Şəfiyevanı, eləcə də digər tibb bacısı Leyla Əliyevanı test edərək, karantinə alıblar və hər üçünü evlərinə yollayıblar.
Amma xəstə ilə təmasda olan digər tibb personalı, eləcə də mərhum xəstəxanada olduğu zaman orda müalicə olunan xəstələrin heç biri test olunmayıb.

Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı rəsmu qurumların mövqeyini öyrənməyə çalışacağıq.