​Azərbaycanda ŞOK OLAY: müəllim məktəbin direktorunu döyüb, ağır vəziyyətə saldı

Baxış sayı:
3244

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb.
Hadisə rayonun Ləngəbiz kəndində baş verib.
Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb.
O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır/Report.