Azərbaycanda ŞOK HADİSƏ - uşaqlarını görməyə gedən atanı qaynı və qaynatası yandırdı - FOTO

Baxış sayı:
8902

Azərbaycanda 1 iyun beynəlxalq uşaqlar günü övladlarını görməyə gedən atanı qaynı, qaynatası benzin tökərək yandırıb. 
Bunu Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən və yandırılan Ramilin anası Elmira bildirib. 
O, qeyd edib ki, bayram günü oğlum uşaqlarını görmək üçün qaynatasının evinə gedib: "Gəlnimlə oğlum ayrı yaşasalarda hələ rəsmi boşanmamışdı. Oğlum iki uşağını görmək üçün qaynatasının evinə gedib. Onlar oğlumla uşaqlarının görüşünə icazə vermədiyinə görə mübahisə düşüb. Mübahisə zamanı qaynatası, qaynı və gəlnimin bibisi oğlu onun üzərinə benzin tökərək yandırıblar. Oğlum yanan zaman hamısı evə qaçıb. Onu söndürən olmayıb. Çığırıb ki, kömək edin, səsinə gələn olmayıb. Qaynatası və qaynanası heç kimə imkan verməyib ki, ona kömək etsinlər. Deyiblər ki, qoyun ölsün. Oğlum köynəyini çıxarıb qapının ağzındakı suya özünü atıb. Bu şəkildə özünü söndürə bilib. 2 saatdan sonra təcili yardım gəlib, onu xəstəxanaya aparıb. Televiziyada yalandan xəbər verdilər ki, guya o özünü yandırıb. Nəvələrimin o ailədə qalmasını istəmirəm. Oğlum gözünü bir dəfə açıb dedi ki, ana icazə verməyin ki, uşaqlar onlarda qalmasın. Onlar yaxşı ailə deyil". 

Azərbaycanda ŞOK HADİSƏ - uşaqlarını görməyə gedən atanı qaynı və qaynatası yandırdı - FOTOx