Azərbaycanda ŞOK HADİSƏ: Qəbiristanlıqda silah anbarı tapıldı

Baxış sayı:
6958

Azərbaycanda qəbiristanlıqdan xeyli silah-sursat tapılıb.
Ağstafa rayonu, Poylu qəsəbəsinin ərazisində yerləşən qəbirastanlıqda 4 ədəd F-1 əl qumbarası və həmin qumbaralara aid 5 ədəd alışdırıcı, avtomat silahına aid 6 ədəd sandıq, 1 ədəd qundaq, 270 ədəd 7,62 mm və 344 ədəd 5,45 çaplı güllə aşkar edilib.
Silah-sursat ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır./Oxu24