Azərbaycanda siqaret güclü yanğına səbəb oldu – ÖLƏN VAR - TƏFƏRRÜAT/YENİLƏNDİ

Baxış sayı:
7144

Göyçay rayonunda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Göyçay şəhərində 42 yaşlı Bəxtiyar Niftəliyevin ölümünə səbəb olan yanğının siqaretdən başladığı ehtimal edilir. Belə ki, ilkin məlumata görə, gecə saatlarında spirtli içki qəbul edən B.Niftəliyev sərxoş vəziyyətdə siqaret çəkərkən yuxuya gedib. Daha sonra evdə yanğın başlayıb və mənzili tüstü bürüyüb. Ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanması zamanı Niftəliyev Bəxtiyar Bahadur oğlu tüstüdən boğularaq ölüb.
Yanğın zamanı daha 1 nəfər də xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

***
08:46

Göyçay rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.
FHN-dən Muxalifet.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.