Azərbaycanda rus mediası “atəş açmaq” üçün əlverişli mövqelərdə yerləşir – ŞOK DETALLAR

Bu yaxınlarda “Ayna-Zeraklo” qəzetinin baş redaktoru Elçin Şıxlı Azərbaycan media cəmiyyətində mövcud olan situasiya barəsində şərh vermişdi. Əslində, bu mövzunun həcmi genişdir və Azərbaycanda KİV-in hansı səviyyədə olduğunun mənzərəsini tam göstərmək üçün bir materialla kifayətlənmək mümkün deyil.
 
Elçin Şıxlının tezislərinə qayıdaq. O, qeyd edib ki, Azərbaycanda azad mətbuatın vəziyyəti ürəkaçan deyil və hökumətin ayırdığı vəsait öz hədəfinə “çatır”.
 
Doğrudan da, görürük ki, bu gün Azərbaycanda KİV-ə yetərincə səxavətlə pul verilir, lakin biz nəticədə nə görürük? Yerli telekanallardan və ya internet agentliklərindən hansını Rusiya və Türkiyə KİV ilə müqayisə eləmək olar? Hələ avropadakıların adını çəkmirik.
 
Niyə Azərbaycan cəmiyyətində Rusiya və ya Türkiyə kanallarına yerlilərdən çox baxılır? Cavab sadədir və ona Azərbaycan jurnalistikasının ustadı Elçin Şıxlı cavab verir. “Peşəkar jurnalistikanın sadəcə ağzını yumublar. Tənqidçi səslər gizlənməyə məcburdurlar. Bu gün yazmağa və düşünməyə qabil olanlar Azərbaycanın sərhədlərindən kənardadırlar və bu, faciədir. KİV sahəsindəki nəzarətçilər hələ də kompartiya düşüncəsinə malikdirlər”.
 
Azərbaycanın geostrateji mövqeyi, ölkənin regional proseslərdə artan rolu dövlətçiliyin müdafiə mexanizmlərinin, o cümlədən informasiya müdafiəsi sisteminin inkişaf etdirilməsi zərurətini aktuallaşdırır və bu məsuliyyəti qəti şəkildə dərk eləmək lazımdır.

Buna misal olaraq Qətər kimi kiçik ölkəni nümunə göstərmək olar – bircə Əl-Cəzirə kanalı ilə bütün ərəb dünyasını qorxu altında saxlayır və bir çox dünya ölkələrində rəy formalaşdırır. Belə olduğu halda Azərbaycanın niyə “Əl-Cəzirə” kanalı olmasın?!
 
Müasir dünyada informasiya təhlükəsizliyi məsələləri, məsul dövlət qurumlarının diqqətinin prioritet istiqaməti kimi müəyyənləşir ki, bu da hədəf fəaliyyətinin müəyyən proqramını həyata keçirməyi nəzərdə tutur. Bunun üçün proqramın başlıca parametrlərini müəyyənləşdirmək zəruridir. Parametrlər bunlardır – peşəkar kadrlar, resurslar, xarici və daxili gündəmi nəzərə alan informasiya strategiyası.
 
Azərbaycanda isə son zamanlar peşəkarların media mühitinin fəal meydanından uzaqlaşdırılması kimi ardıcıl tendensiya müşahidə edilir. Buna əhəmiyyət verməmək də olardı, lakin bu tendensiya Rusiya KİV-lərinin həm rəsmi, həm də onların çoxsaylı sputnik-peyk-saytlarının artan rolu fonunda baş verir. Azərbaycan üçün bu tendensiya hər şeydən təhlükəlidir, çünki erməni etnik elementi bu sistemə məqsədyönlü şəkildə köklənib.
 
Belə bir şəraitdə, Azərbaycan praktiki olaraq özü öz əlləri ilə güclü kadrlarını Rusiya-erməni KİV-lərinin xeyrinə məhv edir. Bu gün hamıya bəllidir ki, Rusiyanın bütün media məkanını ermənilər götürüb və Kreml öz maraqlarını reallaşdırmaq üçün erməni, o cümlədən diaspora amilindən istifadə edir, bu halda bir növ kompensasiya olaraq erməni dairələri Rusiya resurslarından öz maraqları naminə istifadə etmək üçün gizli hüquq alırlar – bunların fəaliyyəti də ilk növbədə Azərbaycanın maraqlarına zərər verməyə yönəldilib. Çox vaxt erməni maraqları Rusiya maraqları adı altında kamuflyaj edilir, bu ölkənin təsir resurslarından və mexanizmlərindən istifadə edir.
 
Bu şərait Azərbaycanı hökmən xarici sahəyə istiqamətlənmiş  elektron KİV-lərin potensialını gücləndirməyə məcbur edir, əks halda Azərbaycanda ictimai rəy Solovyovun dili ilə formalaşacaq, bəlkə də bu, artıq baş verir.
 
Bu gün Azərbaycan media resurslarının əksəriyyəti daxili auditoriyaya istiqamətlənmiş fəaliyyətlərini gücləndiriblər, xarici meydanda mütəxəssislər ya praktiki olaraq yox dərəcəsindədir, ya da xarici tərəfdaşlarla əməkdaşlıq meydanından məqsədyönlü şəkildə çıxarılıb, əksər media KİV-ləriin peşəkar səviyyəsi aşağı düşməkdədir.
 
Qarşımızdakı ilin həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən maraqlı olacağı gözlənilir. Bu gün Azərbaycanın bir çox ekspertləri hesab edirlər ki, 2018-ci il həm Azərbaycanın daxilində, həm də xaricində siyasi hadisələrlə zəngin olacaqdır. Onu da xatırlatmağa dəyər ki, 2018-ci il Azərbaycanda prezidenti seçkiləri ilidir və xaricdəkilər əvvəlcədən məqsədyönlü hazırlıq aparırlar. Məsələn, Sputnik agentliyi artıq 2018-ci ildə özünün ölkədəki varlığının fundamentini möhkəmləndirib.
 
Artıq ABŞ-da belə agentlərini yerləşdirmiş agentlik bu gün Azərbaycanda “atəş açmaq” üçün əlverişli, yüksək mövqelərdə yerləşir, ölkənin aparıcı KİV ilə birlikdə yüksək inzibati dəstəyə, yüksək maddi-texniki bazaya, ən yüksək səviyyədə maaşlara və digər maddi cəlbediciliklərə malikdir ki, bu da daxili mühitdə özünə tərəfdarlar cəlb eləməyə və satın almağa imkan verir, artıq, regionlar da daxil olmaqla, tam yerli şəxslər sistemi qurulur. Bu şəxslər vasitəsi ilə zəruri informasiya əldə eləmək, müdafiə mexanizmləri qurmaq və müəyyən məsələləri həll eləmək mümkündür.
 
Azərbaycan üçün bu gün müxtəlif domen məkanlarında, müxtəlif dillərdə elektron resurslar şəbəkəsi sistemini qurmaq çox vacibdir. Xaricdə lobbi qrupları şəbəkəsinin, o cümlədən ekspert birliyi, yaradıcı ziyalılar, mass-media nümayəndələri mühitində genişləndirilməsi üzrə iş aparmaq lazımdır. Həm daxili, həm də xarici səviyyədə konkret hədəf qruplarının xüsusiyyətlərini nəzərə almaqla bu və ya digər tezisləri formalaşdırmağa qabil olan spiçrayterlərin qapalı komandasını yaratmaq. Bütün bunlar omazsa, tez bir zamanda ölkəmizdə Azərbaycan ictimaiyyətinin bütün KİV növlərinə və jurnalistlərə etibarının itməsi kimi çox xoşagəlməz nəticələrlə qarşılaşa, həmçinin, media xarici təbliğatçıların tam nəzarəti altına düşə bilər.
 
Muxalifet.az