Azərbaycanda risklər atlası hazırlanır

"Azərbaycanda risklər atlası hazırlanır".
Bu sözləri Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə “Şəbəkə İdarəetmə Sistemləri və Seysmologiya üçün Analitik Alətlər üzrə Təlim” adlı Beynəlxalq konfransında çıxışı zamanı deyib.
F.Tağızadə bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlanan atlasda seysmoloji aktiv zonalar müəyyən ediləcək: "Bu atlasda texnogen risklərin səviyyəsi müəyyən ediləcək. Hesab edirik ki, atlasda risklərin müəyyən edilməsi çox əhəmiyyətlidir. Çünki xüsusən tikinti işləri aparılarkən bu risklərin əvvəldən bilinməsi vacibdir”.