Azərbaycanda qorxunc virusa yoluxanların sayı açıqlandı

Baxış sayı:
541

Bu ilin yanvar-sentyabr ayları ərzində 524 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub.

Bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında öz əksini tapıb.
Məlumatda bildirilir ki, onların 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub. Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olub. Onun 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.