Azərbaycanda QORXUNC HADİSƏ - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü

Baxış sayı:
10117

Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb. İki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub. Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərdən birinin adı məlum olub. "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşan zaman aşaraq yanmağa başlayıb. Bu zaman avtomobilin içərisində yaralı olan və sıxılmış vəziyyətdə olduqları üçün çıxa bilməyən 2 nəfər yanıb. Onlardan birinin Kamran Füzuli oğlu Atayev olduğu müəyyənlişdirilib. Digər ölən şəxsin meyiti tamamilə yandığı üçün müəyyən etmək mümkün olmayıb.//report