​Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

Bu ilin yanvar ayında Azərbaycanda 105,1 kq qızıl istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı ilin yanvar ayına nisbətən 22,4% azdır.
Bu ilin fevral ayının 1-nə 21,9 kq hazır məhsul ehtiyatı yaranıb.
Ötən ay ölkədə 21,9 kq gümüş istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 4,4% azdır. Bu ilin fevral ayının 1-nə bu qiymətli metal üzrə 8,7 kq hazır məhsul ehtiyatı yaranıb.