​Azərbaycanda qızıl bahalaşıb

Baxış sayı:
4294

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Muxalifet.az-ın Trend-in məlumatına görə, oktyabrın 11-də qızılın qiyməti oktyabrın 10-u ilə müqayisədə 6,4685 manat artaraq 1 unsiya üçün 2028,9245 manat təşkil edib.
Gümüş 0,165 manat ucuzlaşaraq 1 unsiya üçün 24,2918 manata bərabər olub.
Platinin qiyməti 17,0425 manat azalaraq 1389,427 manat, palladiumun qiyməti isə 8,8825 manat azalaraq 1819,6885 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.