Azərbaycanda QIRĞIN KİMİ GECƏ – 6 nəfər öldü, 13 nəfər xəstəxanaya aparıldı

Baxış sayı:
6130

Ötən sutka ərzində Azərbaycanın müxtəlif yerlərində baş vermiş yol qəzalarında 6 nəfər ölüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, dünən gün ərzində ümumilikdə 13 ağır və nisbətən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə vəfat edən 6 nəfərdən başqa daha 13 nəfər xəstəxanalara yerləşdirilib.
Hər bir faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar aparılır.