​Azərbaycanda qanunsuz ov edən Qətər vətəndaşı saxlanıldı

Baxış sayı:
10942

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər dövlət vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.
Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.