Azərbaycanda qanlı cinayət - 31 yaşlı Orxan güllələndi

Baxış sayı:
520

Ağdam rayonunda iki kəndli arasında mübahisə xəsarətlə yekunlaşıb. Hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb. Mübahisə nəticəsində kənd sakini 31 yaşlı Orxan Məmmədov həmkəndlisi Cəbrayıl İsmayılov tərəfindən odlu silahla güllələnib. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Mübahisənin borc üstündə düşdüyü bildirilir. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır. //Report