Azərbaycanda qadından ŞOK CİNAYƏT – Qonşusunun evinə basqın edib...

Baxış sayı:
4513

Şəki rayonunda soyğunçuluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Bağbanlar küçəsində yaşayan İmanova Fəridə Mahmud qızı polisə müraciət edərək bildirib ki, yaşadığı mənzildəki sandıqdan 500 manat naməlum şəxs tərəfindən oğurlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin gün F.İmanovanın qonşusu, Mahmudova Nuranə Güloğlan qızı evin qapısının açıq olduğunu bilərək mənzilə daxil olub. O, özü ilə gətirdiyi dəmirkəsənlə sandıqın qıfılını kəsib və oradan 500 manatı götürüb. Bu zaman ev sahibəsi Fəridə İmanova mənzilə daxil olub. Vəziyyətin pisləşdiyini görən N.Mahmudova qonşu qadına hücum edərək onu boğmağa başlayıb və bu barədə kiməsə məlumat verməməsini tələb edib. O, sandıqdan götürdüyü 500 manatı özü ilə aparıb.

Faktla bağlı Şəki rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.