​Azərbaycanda qadın hicaba görə özünü öldürmək istədi

Baxış sayı:
7126

Muxalifet.az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, 1998-ci ili təvəllüdlü Novruzova Gülay Sadiq qızı şəhər parkının yaxınlığında körpüyə çıxaraq özünü aşağı atacağını bildirib.
Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın qarşısını alıblar.
Profilaktik söhbət zamanı G.Novruzova bildirib ki, bu addımı əri və onun ailəsinə görə atıb.
Qadının sözlərinə əsasən, intihara cəhd etməsinin iki səbəbi var.
Birincisi səbəb qayınatasının onu hicabdan imtina etməyə məcbur etməsidir. İkinci səbəb isə ərinin Rusiyaya qazanc ardınca getməsi ilə bağlıdır.