​Azərbaycanda problemli valyuta kreditlərinin artım tempi sürətlənib

Baxış sayı:
4035

Azərbaycanda 2017-ci il noyabrın 1-nə xarici valyutada verilmiş kreditlərin 18,9% və ya 944,6 mln. manatının ödəmə vaxtı keçib.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi isə sentyabr ayında 1,2% artıbsa, oktyabrda bu artım 4,0%-ə yüksəlib.
Muxalifet.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Həmçinin, vaxtı keçmiş kreditlərin xarici valyutada məcmu kreditlərdə xüsusi çəkisi oktyabr ayı ərzində artıb. Belə ki, oktyabrın 1-nə xarici valyuatada kreditlərin 908,1 mln. manat və ya 17,4%-nin vaxtı keçibsə, noyabrın 1-nə bu göstərici 944,6 mln. manat və ya 18,9% təşkil edib.
Hesabata əsasən, manatda problemli kreditlərin həcmi isə oktyabrda azalmağa başlayıb. Belə ki, noyabrın 1-nə manatda vaxtı keçmiş kreditlərin həcmi 949,0 mln. manatdan 945 mln. manata düşüb.
Ümumiyyətlə, 2017-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 152,2 mln. manat təşkil edib ki, bunun da 7 153,2 mln. manat və ya 58,86%-i manatla, 4 999,0 mln. manatı və ya 41,14%-i xarici valyuatada ayrılıb.
Ölkə iqtisadiyyatına kredit qoyuluşuunun 1 889,6 mln. manatının və ya 15,55%-nin vaxtı keçib. Vaxtı keçmiş kreditlərin də 945,0 mln. manatı manatda, 944,6 mln. manatı xarici valyutada olan kreditlərin payına düşüb.
Beləliklə, manatda problemli kreditlərin ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunda xüsusi çəkisi 7,78% təşkil edib. Xarici valyutada isə bu göstərici 7,77% olub.