Azərbaycanda övladı olmayan ər və arvad intihar etdi - YENİLƏNİB

Baxış sayı:
7222

Hacıqabulda intihar edən ər-arvadın həyatı ilə bağlı bəzi detallar məlum olub.
Əfsanə Mayılova 19 yaşı olanda Sahib Rəsulovla nişanlanıb.
Lakin Sahib toyu gözləməyib və Əfsanəni qaçırıb. Bu isə qızın atasının qəzəbinə səbəb olub.
Daha sonra Ə. Mayılovanın hər iki valideyni rəhmətə gedib. 
Cütlük birlikdə olduğu 15 il müddətində müxtəlif üsullara əl atsa da, valideyn ola bilməyib./Oxu
 
***
10:45
Hacıqabulda ər və arvad intihar ediblər.

Muxalifet.az xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.
Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.
Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.
Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.