​Azərbaycanda “nurçular”la bağlantısı olan daha bir vəzifəli şəxs “vuruldu” – İLHAM ƏLİYEV STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİ LƏĞV ETDİ

Baxış sayı:
10663

Bu gün Azərbaycan prezidenti İlham Əliyev bir sıra dövlət qurumlarının ləğv edilməsi ilə bağlı fərman verib.
Muxalifet.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında informasiya verilib.
Prezidentin fərmanında qeyd olunur: “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilsin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilsin və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilsin”.
Ölkə başçısının, xüsusilə, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ləğv edilməsi haqda fərmanı daha çox müzakirə olunur. Çünki zaman-zaman mətbuatda bu Mərkəzə rəhbərlik edən Fərhad Məmmədovun “nurçular”la bağlantısı olduğu haqda informasiylar verilirdi. Bu baxımdan, F.Məmmədovun vəzifədən kənarlaşdırılması Azərbaycanda “nurçular”a qarşı kampaniyanın davam etdiyinin bariz nümunəsiz hesab oluna bilər.
 
Muxalifet.az