"Azərbaycanda növbədənkənar parlament seçkiləri olmayacaq" - Siyavuş Novruzov

Baxış sayı:
4725

Bir sıra yerli KİV-də iyulun 10-dan sonra Azərbaycanda növbədənkənar parlament seçkilərinin elan ediləcəyi gözlənilməsi ilə bağlı xəbərlər dərc edilir. 
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, bu informasiyalar həqiqəti əks etdirmir:
“Elə bir şey yoxdur. Parlamentdə iş çoxdur. Milli Məclis iyul ayının 15-dək işləyəcək. İyul ayının 9-da Milli Məclisin növbəti iclası olacaq. Müzakirə olunacaq çoxlu qanunlarımız var. Bununla belə cənab prezident tərəfindən Milli Məclisdə daxil olan, sosial-iqtisadi islahatlar və digər məsələlərlə bağlı yeni qanun layihələri müzakirə ediləcək. Çalışırıq ki, bu qanunları müzakirə edib, təsdiqlədək”.