Azərbaycanda nişanlı gənc özünü qoz ağacından asdı - Yaxın günlərdə toyu olacaqdı

Baxış sayı:
13042

İsmayıllıda intihar hadisəsi baş verib. 
Muxalifet.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb. 
1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətdə olan qoz ağacından asaraq intihar edib.
Kənd sakinlərinin sözlərinə, özünü öldürən S.Piriyev nişanlı olub və yaxın günlərdə toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.