​Azərbaycanda nikahla bağlı İNANILMAZ YENİLİK: Bu sənədlər olmadan...

Baxış sayı:
6160

Nikaha girmək istəyənlərdən şəxsiyyətlərini təsdiq edən sənədlər tələb edilməyəcək.
Bu yenilik "Ailə Məcəlləsi"nə edilən dəyişiklikdə əks olunub.
"Ailə Məcəlləsi"nə görə, hazırda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeydə olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır.
Dəyişikliyə əsasən, bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb edilmir.
Məqsəd “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4 bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsidir./Publika