​Azərbaycanda müəllim məktəbdə öldü

Baxış sayı:
18622

Qazax rayonunda müəllim çalışdığı məktəbdə ölüb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb. 
Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin müəllimlər otağında qəfildən halı pisləşib və yerə yıxılaraq ölüb. İlkin olaraq onun infarkt keçirərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.