​“Azərbaycanda əlillərə, Qarabağ veteranlarına yüksək diqqət göstərilir” - DEPUTAT

Baxış sayı:
631

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində qarşılaşdığı bir sıra problemlərin həll edəcək”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, iqtisadçı ekspert Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, bu agentliyin yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımdır:
“Ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə olunması, sosial rifahının yüksəldilməsidir. Xüsusilə sosial güzəştlər tələb olunan sahələrdə vətəndaşlarımıza - vətən müharibəsi əlilləri, Qarabağ müharibəsi veteranlarına yüksək diqqət göstərilir. Sosial təminata ehtiyac olan əhalinin mənzil təminatının yaxşılaşdırılması, həyat şəraitinin yüksəldilməsi ilə əlaqədar mütəmadi tədbirlər görülür”.
Millət vəkili bildirib ki, son dövrlərdə bu sahədə əldə olunan uğurlarla yanaşı, müəyyən bürokratik əngəllərin olması hallarına da rast gəlinir:
“Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi əlillik dərəcələrinin alınması, məşğulluq və sosial təminat sahələrindəki mövcud problemlərin həlli istiqamətində və digər məsələlərdə mühüm addımlar atacaq. Bu məsələrlə bağlı DOST-a böyük ümidlər var. Bu sahələr diqqət mərkəzində olacaq və yeni yaranan qurum adıçəkilən sahələrdəki problemin həllini öz üzərinə götürəcək”.