Azərbaycanda külli miqdarda psixotrop dərman aşkar edildi

Dövlət Gömrük Xidməti (DGX) və Dövlət Sərhəd Xidməti (DSK) əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandan Azərbaycana daşınmasının qarşısı alınıb.
Bu barədə “Report”a DGK-dan məlumat verilib. Məlumata görə, Azərbaycan vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyətini istintağın araşdırdığı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək satış məqsədi ilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən onu DSX-nın Sahil Mühafizəsi və DGK-nın Xəzər dənizində Azərbaycanın İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları saxlayıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.