AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 5 NƏFƏR ÖLDÜ - 159 yeni yoluxma faktı aşkarlanıb
2-02-2021 18:01
Baxış sayı:
889
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 230 455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib, aktiv xəstə sayı 3 507 nəfərdir.
Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.