AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 45 NƏFƏR ÖLDÜ - Rəsmi açıqlama

Baxış sayı:
352

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib, aktiv xəstə sayı 53298 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678, ötən müddət ərzində isə ümumilikdə 4 498 717 test aparılıb.